Haqqımızda
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI Qrant Müsabiqəsinin ümumi təhsil kateqoriyası üzrə qalib layihələrdən biri də Bakı Şəhəri Məktəb Lisey Kompleksin təqdim etdiyi “ALO - Azərbaycan Lingvistika olimpiadası” layihəsidir.
2003-cü ildən başlayaraq hər il keçirilən İLO (International Linguistics Olympiad) Beynəlxalq Dilçilik Olimpiadası orta məktəb şagirdləri üçün keçirilən Beynəlxalq Elm Olimpiadalarından biridir. Onun ILO kimi qısaltması hər hansı bir dildə olan təşkilatın adına uyğun gəlməmək üçün qəsdən seçilmişdir və üzv təşkilatlar öz dillərində yarışmanın adının necə təyin olunacağını özləri seçməkdə sərbəstdirlər. Azərbaycanın hələ də akkreditə olmadığı İLO da: Avstraliya, Belarus, Braziliya, Bolqariya, Kanada, Çin, Kolumbiya, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Almaniya, Hon Konq, Macarıstan, Polşa, Hindistan, Nepal, Norveç, Malaziya, Yaponiya, Qazaxıstan, Latviya, Niderland, Tailand, Türkiyə, Ukrayna, ABŞ, Koreya, Rusiya, Sloveniya, Finlandiya, İslandiya, Niderland kimi ölkələr iştirak edir. Olimpiada iştirak üçün iştirakçıların milli müsabiqə yolu ilə seçilməsi şərtdir. Beynəlxalq təhsil sferasında yetərincə nüfuzlu tədbir hesab edilən İLO-da ölkəmizin təmsil olunması üçün bu olimpiadaya hazırlıq mərkəzinin yaradılması qərarına gəldik.